Ölü balinanın bağırsağından 500 min euroluk kəhraba tapılıb

İspaniyanın Kanar adalarında çimərlikdə nəhəng balinanın ölüsü tapılıb. 
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Las Palmas Universitetinin Heyvan Sağlamlığı və Qida Təhlükəsizliyi İnstitutunun rəhbəri Antonio Fernandez Rodriguez komandası ilə balinanın ölüm səbəbi ilə bağlı araşdırmaya başlayıb. 
Həzm problemi şübhəsi ilə başladılan araşdırma zamanı balinanın bağırsağında sərt bir cisimin olduğu fərq edilib.
Belə ki, çıxarılan obyektin ümumi olaraq "üzən qızıl" kimi tanınan kəhrəba olduğu müəyyənləşib və təxminən 500 min dəyərində olduğu bildirilib.
 İnstitutun prezidenti Rodriguez, “Çıxardığım şey diametri 50-60 santimetr, çəkisi 9,5 kiloqram olan bir daş idi. Mən sahilə qayıdanda hamı baxırdı, amma əlimdəkinin kəhraba olduğunu bilmirdilər” deyib.


 Qeyd edək ki, Kəhraba satışa çıxarılıb və əldə edilən gəlir 2021-ci ildə Kanar adalarının La Palma şəhərində 800 milyon avrodan çox ziyana səbəb olan vulkan püskürməsindən zərər çəkənlər üçün istifadə olunacaq.
Xatırladaq ki, Səndəl ağacı kimi "odunsu" qoxusu ilə ətriyyatçıların “müqəddəs kəpənəyi” olaraq xarakterizə edilən kəhraba, “balina qusması” kimi də tanınır. Həmçinin Spermatozoidlərin bağırsaqlarından bəzi bərk maddələrin xaric edilməsi ilə aşkar edilən kəhraba, həddindən artıq böyümə vəziyyətində bağırsağı qopararaq  ölümə səbəb ola da bilər.
Mənbə: Hürriyət qəzeti