Əli İnsanov seçkilərdə qələbə münasibətilə İlham Əliyevi təbrik edib
Yusif Nəzərli
05:25 08.02.2024
Gündəm
506
Haqq Ədalət Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Haqq Ədalət Partiyası 7 fevral tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini bütün seçki prosesi ərzində yaxından müşahidə edib və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildirib. Partiya Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanı qalib dövlətə çevirən, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini öncədən bildirib.
Partiyanın ümumi müşahidəsinə əsasən bəyan edirik ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunub. Hər bir namizədə ödənişsiz təbliğat imkanlarından, efir vaxtından bərabər şəkildə faydalanmaq, öz təbliğat materiallarını yaymaq və ölkənin bütün ərazisində seçicilərlə kütləvi görüşlər keçirmək imkanı yaradılıb. Bununla yanaşı partiyamızın çoxsaylı üzvləri Prezident seçkilərində müşahidəçi olmaq üçün seçki dairələrində və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. Səsvermə günü Haqq Ədalət Partiyasının qərargahında müşahidəçilərdən gələn məlumatlar təhlil olunub və səsvermənin gedişatı analiz edilib.
Analizlərin nəticələrinə əsasən bildirik ki, seçki günü səsvermə, səslərin sayılması və səsvermənin seçki məntəqələri üzrə yekunlarının sənədləşdirilməsi prosesi uğurla və qanunvericiliyə uyğun aparılıb, seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməyib. Seçki prosesində aşkarlıq yüksək səviyyədə təmin olunmuş, müşahidəçilərə prosesi aydın müşahidə etmək üçün bütün imkanlar yaradılıb. Seçkilər seçicilərin yüksək fəallığı ilə baş tutmuş və nəticələr Azərbaycan xalqının siyasi iradəsini tamamilə əks etdirib.
Hesab edirik ki, Haqq Ədalət Partiyasının da bu seçkilərdə dəstəklədiyi namizəd Ali Baş Komandan İlham Əliyevin xalqın böyük etimadını qazanaraq qələbə çalması haqq və ədalətin qələbəsidir. Bu böyük qələbə münasibətilə partiyamızın çoxsaylı üzvləri adından cənab İlham Əliyevi ürəkdən təbrik edir, qalib Azərbaycanı daha da gücləndirməsi yolunda Prezidentimizə uğurlar arzulayırıq".
Qeyd edək ki, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm