Nikol Paşinyanın diplomu yoxdur?

“Ermənistan Baş nazirinin diplomunun olmadığını araşdırmaq üçün komissiya yarada bilərlər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə müxalifətin onun diplomunun olmadığına dair iddiasını şərh edərkən deyib.

“Burada başqa problem var - baş nazirin diplomunun olmaması baş nazir vəzifəsi üçün uyğunsuz deyil, amma Ktriç Nersisyanın (II Qaregin) qızının olması katolikos vəzifəsi ilə uzlaşmır”, - Nikol Paşinyan qeyd edib.