Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir

“Ermənistan hökumətinin missiyası Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyadır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Xalqın bizə verdiyi mandatı sona qədər həyata keçirməliyik: sülh sazişi imzalanmalı, ratifikasiya edilməli və bununla missiyamızı yerinə yetirməliyik”, - o bildirib.