82 yaşında avar çəkir
Yusif Nəzərli
07:56 07.10.2021
Relaks
587
Qadın çörək pulunu "dəniz bazarı"ndan çıxarır
Antalyada yaşayan 82 yaşlı Yüksəl Korucu çəmənliklərdən topladığı şəfalı bitkiləri qayığına minib kilometrlərlə avar çəkərək yaxta turuna çıxanlara satır. Gün ərzində orta hesabla 10 kilometrlik məsafədə avar çəkən 82 yaşlı fədakar qadın, beləliklə gündəlik qazancını təbiətdən və dənizdən əldə edir. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, Yüksəl Korucu Antalyanın Demre bölgəsinə aid, mərkəzi Kekova olan Üçağız Məhəlləsində yaşayır. 5 övlad anası Yüksəl Korucunun həyat yoldaşı bir müddət əvvəl vəfat edib.
Bundan sonra qadın çörək pulunu özü qazanmağa başlayıb. Qadın çəmənlikdən kəklikotu, adaçayı, nanə, keçibuynuzu toplayır, evdə paketləyir, paketləri çuvallara qoyub saildəki qayığına minir və “dəniz bazarı”na çıxır. Dənizdə yaxta keyfinə çıxanlar da bu şəfalı bitkilərə maraq göstərir və alırlar. Yüksəl Korucu kəklikotu, adaçayının paketini 15, keçibuynuzunu isə 20 lirədən satır. Qadın bu işi demək olar hər gün görür. Yaxta kapitanları səyahət edənlərə Yüksəl ananı tanıdır və onun şəfalı bitkilərinin xeyrindən danışırlar. Səyahətə çıxanlar qadını nahara da qonaq edirlər.
Qadınsa bir yaxtada satışını başa vurub digərinə doğru avar çəkməyə başlayır. Beləcə, dəniz alverini başa vurur. Axşamüstü məhəlləyə geri dönür. Evə döndükdə isə sabah üçün yenidən hazırlıqlara başlayır.
Əldə etdiyi gəlirlə keçinməyə çalışır. Yüksel Korusu DHA müxbirinə ötən il satışla məşğul ola bilmədiyini deyib: "Keçən il gələ bilmədim. Əllərim, barmaqlarım qırılmışdı, gələ bilmədim. İndi gəldiyimə baxma, barmaqlarım, əllərim hərəkət etsin deyə, avar çəkirəm.
Dedilər topdan istifadə et, etdim, amma barmaqlarım yumulmadı. Avarları ovcuma alanda isə hiss edirəm ki, barmaqlarım açılır” söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat