Adı tarixə yazılan həkim
Adı tarixə yazılan həkim
Yusif Nəzərli
14:21 26.05.2023
Relaks
973
Kor bağırsağını özü kəsib atıb
Leonid Roqozov adını tarixə özünü əməliyyat etmiş həkim kimi yazıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən tarixdə nadir rastlanan hadisəni oxuculara çatdırır. İxtisasca həkim olan L.Roqozov 1961-ci ildə sovet ekspedisiya heyətinin tərkibində Antarktidaya səfər edib. Bu, 27 yaşlı gənc L.Roqozovun Antarktidaya 6-cı səfəri idi. Buzlaqlar diyarına ayaq basar-basmaz ürəyi bulanmağa başlayıb, ağrı, halsızlıq hiss edib.
Ağrının qarnının sağ tərəfində, aşağı hissədə olması həkimdə bunun kor bağırsaqdan qaynaqlandığı fikri yaradıb. "Novolazerevskaya" düşərgəsində məskunlaşan 13 nəfərlik ekspedisiya ancaq özünə güvənə bilərdi. Ekspedisiyada yeganə həkim olan Roqozovun yanında nə tibb bacısı olub, nə də assistent. 2 gün ac qalıb, heç bir şey yeməyib, ağrıkəsicilərdən istifadə edib. Lakin ağrı azalmayıb. Vəziyyətin getdikcə qəlizləşdiyini görən həkim, əməliyyat etməzsə öləcəyini anlayıb. Əməliyyat isə yerindəcə həyata keçirilməli idi. Yaşamaq üçün başqa yolu olmadığını anlayıb və özünü əməliyyat etmək qərarına gəlib. Aprel ayının 30-da gecə Roqozov ekspedisiyanın 2 üzvünün könüllü assistentliyi ilə öz üzərində əməliyyata başlayıb. Onlardan biri – Teplinski Roqozovun qarnının aşağısında güzgü tutub, digəri – Artemev isə alətləri verirdi. Qorxudan hər ikisinin rəngi qaçmış, əlləri əsirdi. Həkim özü də əməliyyat vaxtı huşunu itirəcəyindən qorxuya düşüb. Roqozov yerli – lokal keyitmə edib, 12 sm-lik kəsik açaraq, güzgü vasitəsilə baxaraq iltihablı kor bağırsağı kəsib götürüb. Roqozov duyğu hissini itirməsin deyə, əllərinə əlcək geyinməyib, əməliyyatı yalın əllə edib. Sonra özü yaranı tikib və mümkün infeksiyaya qarşı özünə antibiotik vurub. O, əməliyyat vaxtı bir dəfə ürəyinin sanki dayandığını hiss edib. Sonradan özünü toplayıb, davam etməyi bacaran həkim 1 saat 45 dəqiqədən sonra əməliyyatı bitirib. Əməliyyata şahidlik edənlər sonra xatirələrində yazırdılar ki, Roqozov qarnını yarıb kor bağırsağı kəsməyə başlayanda az qala bayılacaqdılar. Ürəkləri bulanır, başları gicəllənirdi. Həkimin də yorulduğunu hiss ediblər. Lakin o, inanılmaz səy gəstərərək əməliyyatı başa çatdırıb. 3 günlük həyəcanlı gözləntidən sonra o, özünü yaxşı hiss etməyə başlayıb. Bu, əməliyyatın uğurla keçdiyinə işarə idi. 1 həftə sonra isə o, tikişləri özü söküb. Antarktidada başına gələnlər barədə L.Roqozov gündəliyində yazıb. Kor bağırsağının iltihablaşdığını necə müəyyən etdiyini də: “Ətrafda məni əməliyyat edə biləcək, kömək edə biləcək də kimsə yox idi. Dostlarımı qorxutmaq istəmədim. Bir müddət bunu gizli saxlamağa çalışdım. Ağrılar artdıqda isə başqa çıxış yolu olmadığını anladım”.
Ekspedisiyadan 1 il sonra qayıdıb və Leninqradda cərrah kimi uzun illər çalışıb. Roqozov və onun cərrahiyyə əməliyyatı Ginnesin Rekordlar Kitabına daxil edilib. O, 2000-ci ildə ağciyər xərçəngindən vəfat edib. Onun haqqında sənədli film, bədii film çəkilib və şeirlər yazılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət