Aerokosmik texnika üçün keramika yaradıldı
05:20 02.01.2020
Relaks
722
Rusiyanın Uzaqşərq Federal Universiteti, Ukraynanın Milli Elmlər Akademiyasının Monokristallar İnstitutunun və ÇXR-nın Şanxay Keramika İnstitutunun alimləri aerokosmik texnikada da istifadə oluna biləcək nanokompozit keramika işləyib hazırlayıblar.
RİA “Novosti” bildirir ki, bu barədə Uzaqşərq Federal Universiteti məlumat verir.
Qeyd edilir ki, nanokompozit keramika ittrium və maqnezium oksidindən əldə edilib.
“Material müasir yüksək texnologiyalı istehsalatlar, xüsusilə aerokosmik texnikanın infraqırmızı sistemlərinin qoruyucu pəncərələrinin yaradılması üçün aktualdır... Yeni keramika “şahmat” strukturuna malikdir ... O, dalğa uzunluğu 6000 nm-ə qədər olan infraqırmızı diapazonda işığın 70%-dən çoxunu buraxır”, - deyə məlumatda bildirilir.
Keramikanın strukturu onun yüksək hərarətə davamlılıq, istilikkeçiricilik, möhkəmlik və s. bu kimi yüksək istilik-fiziki və mexaniki xüsusiyyətlərini təmin edir.
Alimlərin sözlərinə əsasən, belə bir strukturun keramik nanokompozitləri cəmi bir neçə ildir ki, dalğa uzunluğunun infraqırmızı diapazonunda işləmək üçün perspektivli materiallar kimi bütün dünyada fəal şəkildə öyrənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya