Bakıda anadan olan milyarder xanımın bütün sərvəti donduruldu
14:09 03.01.2020
Relaks
653
Anqolanın keçmiş prezidenti Eduardo dos Santosun qızı və ölkənin neft şirkəti "Sonangol"un Direktorlar Şurasına rəhbərlik edən milyarder-biznesvumen İzabel dos Santosun bütün sərvəti üzərinə həbs qoyulub.
Anqolanın baş prokuroru İzabel dos Santosun bir sıra dövlət şirkətləri ilə korrupsiya əlaqəsinə girərək dövlətə 1.14 milyard dollar zərər vurduğunu bildirir.
Eduardo Dos Santos ötən əsrin 70-ci illərind Bakıda, indiki Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda onun hazırda 44 yaşında olan qızı İzabel dünyaya gəlib.
Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, onillər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib. Sərvəti 3.5 milyard dollara yaxındır.(virtualaz.org)
Xəbərlərə görə, İzabel dos Santos prokurorun onun sərvətinə həbs qoyulması barədə sanksiyasını tamamilə yanlış hesab edir və məhkəməyə müraciət edəcəyini, Anqola və beynəlxalq hüququn bütün imkanlarını işə salacağını bildirib.
Anqolada Eduardo dos Santosdan sonra hakimiyyətə gələn Prezident Lurensonun ən böyük vədlərindən biri korrupsiya ilə mübarizə və Santos ailəsinin iqtisadyyat üzərində təsirlərini aradan qaldırmaq barədə olmuşdu.
İzabel dos Santos bildirir ki, o, neft şirkətinin rəhbərliyinə atasının sayəsində deyil, biznesdə qazandığı uğurlar və nüfuz hesabına gəlib. O, barəsində irəli sürülən korrupsiya ittihamlarını rədd edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya