Bu gecə Yerin yaxınlığından asteroid keçəcək
17:01 01.11.2019
Relaks
612
Noyabrın 1-dən 2-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:42-də 29 metr ölçüsü olan “2019 UG11” asteroidi planetimizin yaxınlığından keçəcək.
Azərtac xəbər verir ki, məlumatı ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Yaxın Kosmosda Obyektlərin Öyrənilməsi Mərkəzi (CNEOS) yayıb.
Məlumatda qeyd olunub ki, “2019 UG11” asteroid Yerə maksimumum 210 min kilometr yaxınlaşacaq, bu da planetimizdən Aya olan orta məsafədən (385 min kilometr) təxminən iki dəfə azdır.
Yerin yaxınlığından keçəcək asteroidi bir neçə gün əvvəl kəşf ediblər və onu yerətrafı obyektlərin məlumat bazasında yerləşdiriblər. “2019 UG11” orbitlərinin Yerin orbiti ilə kəsişdiyi Apollon asteroidlər qrupuna aiddir. Bu asteroid Günəşin ətrafında 624 Yer günü və ya 1,71 Yer ili ərzində bir dövrə vuraraq ona 128 milyon kilometr yaxınlaşır və 300 milyon kilometr uzaqlaşır.
NASA-da qeyd edirlər ki, “2019 UG11” asteroidi potensial təhlükəli göy cisimlərindən deyil və bizim planetlə toqquşma ehtimalı yoxdur. Onun növbəti dəfə Yerə nisbi yaxınlaşması isə 2086-cı il noyabrın 2-də baş verəcək. Həmin gün “2019 UG11” asteroidi planetimizin 362 min kilometrliyindən keçəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət