Ermənistan Rusiyadan qopa bilməyəcək
23:14 07.04.2021
Relaks
962
Bu ərazidə Rusiya öz varlığını, hərbi nəzarətini gücləndirir
Rusiya və Ermənistanın Müdafiə nazirləri Sergey Şoyqu və Vaqarşak Arutunyan arasında telefon danışığı baş tutub. Tərəflər Zəngəzurun təhlükəsizliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Məlumatda qeyd olunur ki, nazirlər 102-ci hərbi bazanın və Ermənistanla Rusiyanın Birləşmiş Silah Qoşunlarının fəaliyyətini müzakirə ediblər. Şoyqu və Arutunyan Ermənistan ordusunda başlayan genişmiqyaslı islahatları da nəzərdən keçiriblər.
Müdafiə nazirləri Rusiya sülhməramlı kontingentinin Qarabağın dağlıq hissəsindəki işi barədə də danışıblar.
Politoloq Sədrəddin Soltan "Şərq"ə açıqlamasında bildirib ki, Rusiyanın Ermənistan üzərində böyüklüyü həmişə olub və olacaq:
"102 saylı hərbi hissə 45 ildən çoxdur ki, Ermənistanla Rusiya arasında olan müqavilədə mövcuddur. Həmin hərbi hissə Rusiyanın Cənubi Qafqazdakı yeganə bazasıdır. Ona görə də Rusiya onun mövcudluğu ilə bağlı davamlı şəkildə maraqlanır.
Heç kimə sirr deyil ki, Ermənistan Rusiyanın bir əyaləti kimidir. Bu ərazidə Rusiya öz varlığını, hərbi nəzarətini gücləndirir.
Sonuncu Qarabağ müharibəsi bir daha göstərdi ki, Rusiyasız Ermənistan mövcud ola bilməz. Seçkiöncəsi Robert Koçaryanın Rusiyaya səfəri, aprelin 7-si Nikol Paşinyanın Putinlə görüşü onu göstərir ki, Ermənistan Rusiyadan qopmayıb və qopmayacaq. Ermənistan o vaxt müstəqil olacaq ki, onda Rusiya olmayacaq. Rusiya olmayanda Ermənistan da olmayacaq. Ona görə də Rusiya onlarla daim əlaqə saxlayır, eləcə də əlaqələrini genişləndirir".
Politoloq onu da qeyd edib ki, bu, Ermənistan və Rusiya hərbi rəsmilərinin həftə ərzində ikinci görüşüdür:
"Əlavə olaraq, hazırda Rusiyada hərbi təlimlər keçirilir. Hərbçilərin döyüşə hazırlıq vəziyyəti yoxlanılır. Ola bilər ki, bu təlimlər Rusiyanın Gümrüdəki hərbçilərinə də şamil edilsin.
Müdafiə nazirlərinin sülhməramlıların işini müzakirə etməsi də buna daxildir. Çünki Ermənistan ordusu hələ də Qarabağın işğalda qalan bir hissəsində saxlanılır. Onlar Qarabağda şübhəsiz ki, Rusiyanın təminatı və razılığı ilə mövcuddurlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual