İlanbalığının köç sirri: 7 min kilometr yol qət edirlər
Yusif Nəzərli
13:04 29.09.2024
Relaks
1716
Türkiyənin Bodrum bölgəsində hava limanından 10 kilometr məsafədəki Milas şəhərindən şimalda yerləşən Bafa gölü, min illiklərin qalıqlarına ev sahibliyi edir. Tarixi abidələrlə yanaşı bu bölgə həm də dünyanın ən uzun və maraqlı miqrasiya səyahətlərindən birinin baş verdiyi məkandır. İlanbalıqları məhz Bafa gölündən yola çıxaraq Atlantik okeanı sahillərinə - Meksikanın Sarqasso körfəzinə qədər 3 illik səyahət edirlər.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ilanbalıqlarının harada, nə vaxt kürü tökdüyünün indiyədək kimsə şahidi olmayıb. Bu balıqların necə çoxaldığı hələ də böyük maraq mövzusudur. Bu marağın ardına düşən elm adamları, son 12 il ərzində onların Sarqasso dənizindəki səyahətlərinin xəritəsini çəkib, ilanbalıqlarına izləmə cihazları yerləşdiriblər. Bu xəritələşdirmə tamamilə fərqli bir reallığı ortaya çıxarıb. Məlum olub ki, Avropa və Amerikadakı bütün ilanbalıqları Bermud üçbucağı kimi tanınan Sarqasso dənizində doğulur. İlanbalığı Sarqasso dənizinə çatmaq üçün quruda və dənizdə minlərlə kilometr məsafə qət edir. Qəribə səslənə bilər, lakin ilanbalığı quruda səyahət etmək üçün yalnız yerdə bir qədər nəmə ehtiyac duyur. Onlar hətta bənd divarlarına da qalxa bilirlər. Yetkin ilanbalıqları kürü tökdükdən sonra ölsələr də, onların nəsli minlərlə kilometr uzaqda yerləşən valideynlərinin yaşadığı yerə qayıdır. Onların hara getməli olduqları hələ də böyük sirr olaraq qalır. Bu tapmacalardan birini həll etmək üçün İohannes Şmidt apardığı araşdırmalar nəticəsində daha kiçik balıqların Sarqasso dənizində kürü atdığını kəşf etdi və nəticədə Bermud üçbucağında ən gənc balıqları tapdı. Elm adamları izləmə cihazlarından istifadə edərək ilanbalıqlarını izləməyə çalışsalar da, onlar həmişə müəmmalı şəkildə yoxa çıxırlar. Tədqiqatçılar nəhayət peyk izləyicilərindən istifadə edərək Sarqasso dənizinə girən ilanbalıqlarını izləyə biliblər. Buna baxmayaraq, heç kim fiziki olaraq Sarqasso dənizində canlı ilanbalığı görməyib. O da məlum olub ki, son illər ilanbalıqlarının sayı sürətlə azalıb. İllanbalıqları çoxalmaq üçün dənizə tərəf möcüzəli bir şəkildə köç edir. Bəzi sirlər indi üzə çıxsa da, bəziləri hələ də qalmaqdadır. Çünki heç kim ilan balığının necə səyahət etdiyini bilmir. İlanbalıqları səyahətə sürfə olaraq başlayır və səyahətləri zamanı dəyişikliyə uğrayırlar. Onların rəngi Cəbəllütariq ətrafında şüşə rənginə, Aralıq dənizinə çatdıqda isə sarıya çevrilir. Onlar tam üzməyə qadir olduqdan sonra Egey dənizinə çatırlar. Yaşamaq üçün daha çox şirin suları seçən ilanbalıqları Egey dənizindən sonra uzun müddət yaşaya biləcəkləri Bafa gölünə çatırlar. Maraqlı bir həyat dövrü olan bu balıqlar 3 illik 6300 kilometrlik səyahətdən sonra böyümək və çoxalmaq üçün göllərə çatır və ömürlərinin bitdiyi Sarqasso körfəzinə qayıdırlar. Hər il bu balıqlar Sarqasso dənizində yarpaq şəkilli sürfələrə çevrilir və Amerikanın şərq sahillərinə çatana qədər Gulf Stream və digər okean axınları boyunca üzürlər. Bu zaman onlar şəffaf, şüşə ilanbalıqlarına çevrilirlər. Onlar yuxarıya doğru miqrasiya etdikcə daha böyük sarı ilanlara çevrilirlər. Zamanla dişilər daha böyük ölçülərə görə erkəklərdən daha yüksək səyahət edə bilirlər. Şirin su mühitində on ildən çox vaxt keçirir və gümüşü rəng alırlar. İlanbalığı dalğavari üzür. Onlar bu dalğaların istiqamətini tərsinə çevirə bilirlər, yəni həm irəli, həm də geri üzə bilərlər. Adi balıq növü ola da, ilanbalığını yemək təhlükəli olsa bilər. Onların qanında ürək də daxil olmaqla əzələləri sıxan zəhərli zülal var. Bu qan insan orqanizminə düşdükdə ölümə səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm