Kralın şokolad heykəli hazırlandı
Yusif Nəzərli
09:14 28.04.2023
Relaks
1296
Heyət heykəlin ərsəyə gəlməsinə 130 saat sərf edib
Böyük Britaniya Birləşmiş Krallığının hakimi, kral Çarlzın şokoladdan heykəli düzəldilib. Heykəli həykəltaraşlarla şokolad ustaları birlikdə hazırlayıb. Kralın üz cizgiləri, uniforması, hətta geyimi üzərindəki nişanlar da heykəldə dəqiqliklə əksini tapıb. Heykəlin çəkisi 23 kiloqramdır. İngiltərədə məşhur olan şokolad ustası Jennifer Lindsey-Clarkenin rəhbərliyi altında çalışan heyət heykəlin ərsəyə gəlməsinə 4 həftə, 130 saat sərf edib. Heykəlin düzəldilməsində 17 litrdən artıq ərimiş şokoladdan və müxtəlif növ şokoladlardan istifadə edilib. Heykəldəki “kralın” həyatdakı Kral Çarlza həddindən artıq bənzəməsi diqqətlərdən yayınmayıb və heykəltaraşlar belə uğurlu işə görə alqışlanıb. Xatırladaq ki, anası kraliça Yelizabetin ölümündən sonra nəhayət ki, Britaniya taxtına çıxan Kral Çarlzın tacqoyma mərasimi may ayına təyin edilib. Mərasim mayın 6-sı “Westminster Abbey” - Londondakı Müqəddəs Pyotr Kilsəsində (abbatlıq) gerçəkləşəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya