Londona qaçış
Yusif Nəzərli
07:03 08.10.2021
Relaks
618
Dubay şahzadəsinin gizli eşqi üzə çıxdı
Dubay əmiri Şeyx Muhamməd bin Rəşid əl Maktumun 6-cı həyat yoldaşı şahzadə Haya İordaniya Kralı II Abdullahın ögey bacısıdır. Dubay əmiri ilə evlilikdən Hayanın 2 övladı var: qızı 13 yaşlı Əl Cəlilə və 9 yaşlı oğlu Zayed. 2 il əvvəl şahzadə Haya Dubay əmirindən rəsmən boşanıb və övladlarını yanına alaraq Londona köçüb. Şahzadənin Londona qaçışının səbəbi isə özəl mühafizəçisi olan bir ingilislə gizli eşq yaşamasıdır. Şahzadənin gizli eşqi üzə çıxdıqdan sonra o, Birləşmiş Ərəb Əmirliklərindən İngiltərəyə pənah gətirib. İndi isə şahzadə özünün və uşaqlarının təhdid altında olduğunu bildirərək Britaniya məhkəməsinə müraciət edib. İşlə məşğul olan prokurorluq şahzadə Hayanın qorxusunun əsassız olmadığı qənaətindədir. İngiltərə Ali Məhkəməsi Dubay əmirinin keçmiş həyat yoldaşının telefonlarını dinlənməsi əmri verərək, bununla da ingilis ədliyyəsinin işinə qanunsuz müdaxilə etməsi barədə hökm çıxarıb. Məhkəmə şahzadə Haya ilə yanaşı vəkillərinin, şəxsi assistentinin və mühafizə xidmətinin 2 əməkdaşının da telefonlarının vərəsəlik davası müddətində hədəf alındığını bildirib. Şahzadə isə telefonlarının dinlənməsi ilə özünü “ovlanmış və lənətlənmiş birisi” olaraq hiss etdiyini söyləyib. Dubay əmiri isə əlbəttə ki, bu iddiaları rədd edir. Prokuror isə şahzadə Hayanın övladlarının ataları tərəfindən qaçırıla biləcəklərindən qorxmaqda haqlı olduğunu, əmirin şahzadənin həyatına təhlükə daşıdığını açıqlayıb. Yəni Dubay əmiri nələr yapmaz ki?! Bir dəfə bu hal artıq yaşanıb. Dubay əmiri digər övladları – şahzadə Şəms və şahzadə Lətifəni də qaçırıbmış. Şəmsi Kembridcdən helikopterlə, Lətifə isə yaxtadan komandolar gücünə Dubaya geri gətirilib. Dubay əmiri boşandığı xanımının Londondakı evinə yaxın bir yerdə özünə malikanə alıb. İstintaq hesab edir ki, bu, uşaqları qaçırmaq planının bir hissəsidir.
Bəs şahzadə Hayanın gizli eşq yaşadığı özəl mühafizəçisi kimdir? “Daily Mail” gizli eşqin üzərindən sirr pərdəsini qaldırıb. Hayanın sevgilisi 37 yaşlı Russell Flovers mərkəzi Londonda yerləşən bir mühafizə xidmətinin əməkdaşı olub. Qəzetin yazdığına görə, şahzadə səssiz qalması üçün mühafizəçiyə 1.2 milyon sterlinq məbləğində çek ödəyib. Bundan başqa bahalı hədiyyələr, saatlar, üzüklər... Mühafizəçinin tamahı özünün 4 illik ailə həyatının da dağılmasına səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat