Pişik günlərlə anasının cəsədi yanında qalan körpəni xilas etdi - FOTO
Fidan Həmişəyeva
11:03 23.03.2021
Relaks
1332
Pişik günlərlə ananın cəsədi yanında qalan körpəni xilas edib.
“Moskovski komsomolets”in məlumatına görə, hadisə Rusiyanın paytaxtında baş verib
Məlum olub ki, qadın ölümündən bir müddət əvvəl qohumlarına uşaqla birlikdə bağ evinə gedəcəyini deyib. Bundan sonra qohumlar bir neçə gün onunla əlaqə saxlaya bilməyiblər, lakin bunu bağ evi olan ərazidə dalğanın pis tutması ilə əlaqələndiriblər.
Bir müddət sonra qadının anası qızının mənzilinə getmək qərarına gəlib. Lakin mənzilə girə bilməyib. Geri qayıtmaq istəyərkən içəridən pişiyin miyoltu səsini eşidib. Qızı adətən getdiyi yerə pişiyi də özü ilə apardığı üçün ana şübhələnib və qapını açmaq üçün çilingər çağırıb.
Qapı açılarkən mütəxəssis içəridən pis qoxu gəldiyini duyaraq, həkim çağırmağı tövsiyə edib. Ana təcili yardıma zəng vurub. İçəri girəndə isə qızının öldüyünü görüb. Yanındakı bir yaşlı uşaq isə əldən düşmüş halda xəstəxanaya aparılıb.
Məlum olub ki, qadın üç gün əvvəl ölüb, uşaq isə bütün bu müddət ərzində ac-susuz qalıb.
Hazırda uşağın həyati təhlükəsinin olmadığı bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual