Şahzadə Diananın bədən dili…
Yusif Nəzərli
07:58 01.07.2022
Relaks
1440
Bu gün də dünyanın diqqət mərkəzindədir
Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu, şahzadə Çarlzın keçmiş həyat yoldaşı şahzadə Diana ölümündən 25 il keçməsinə baxmayaraq bu gün də diqqətləri üzərinə çəkə bilir.
Şahzadə Diananın vəfatının 25-ci ildönümünə yeni sənədli film hazırlanıb. Filmin çəkilişləri zamanı şahzadə xanımla bağlı yeni detallar üzə çıxıb. Sənədli filmdə şahzadə Diananın bədən dilindən çox məharətlə istifadə edə bildiyi görünür.
Bu barədə “Milliyet.com” məlumat verib. Bildirilir ki, sağ olsaydı, bu gün 61 yaşını qeyd edəcək şahzadə Diana hər zaman fərqliliklər yarada bilib. Ətrafdakılardan seçilməyi bacarıb. Lakin bu fərqlilik malik olduğu yüksək statusa görə deyil, Diananın daxilindəki sadəlik, təvazökarlıq, səmimiyyət, mehribanlıq və cəsarətlə ölçülür.
Şahzadə HİV, AİDS, cüzam xəstəlikləri barədə dünyaya səs salan qadındı. Şahzadənin kasıb, aclıqla mücadilə edən ölkələrə səfərləri, afrikalı uşaqlarla səmimi görüşləri dünya əhalisinin ona rəğbətini hər keçən gün artırırdı. Ölümündən bir neçə ay əvvəlsə şahzadə Diana Afrika ölkəsi Anqolaya səfər edib, minalanmış ərazidə qorxmadan addımlamışdı və bununla dünyaya “müharibələrə yox!” mesajını vermişdi. Bu səfər 1997-ci ildə olub. Əyninə qoruyucu jilet geyinmiş şahzadənin minalanmış ərazidə çəkinmədən addımlaması fotokameraların yaddışına yazılıb. Bədən dili mütəxəssisi Judi James şahzadənin minalanmış ərazidə addımlayarkən üz cizgilərini, hərəkətlərini incələyib bu qənaətə gəlib ki, şahzadə sərbəst addımlarıyla ətrafındakılara heç nədən çəkinmədiyini sübut edib. Şahzadənin bu davranışı böyük təsir gücü yaradıb.
Mütəxəssis “bu, şahzadənin sözsüz açıqlaması idi. Hər hansı açıqlamaya, bəyanata ehtiyac qalmadan sadə, lakin güclü təsirə malik davranış idi. Bu həm də qarşıdakı illərdə kral ailəsində yaşanacaq köklü dəyişikliklərə işarə idi. Şahzadənin minalanmış ərazidə çəkinmədən addımlaması minalarla mübarizədə dönüş nöqtəsi oldu”, deyib.
Bu səfərdən sonra 4 may Minalarla Mübarizə Günü kimi qeyd edilməyə başlandı. Diananın oğlu şahzadə Harri də anasının yoluyla gedib. Şahzadə 2019-cu ildə - anasından 22 il sonra eyni əraziyə səfər edib, anasının şərəfinə adlandırılmış “Diana ağacı”nın altında dayanıb, “Şahzadə Diana” küçəsiylə addımlayıb.
Şahzadə Harri “əgər anam illər öncə bura gəlməsəydi, bura hələ də minalanmış bir ərazi olacaqdı” , söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə