Stalin ən çox zəhərlənməkdən qorxub - Bəs digər məşhurlar nədən ehtiyat edirdi?
11:52 24.03.2021
Relaks
697
Qorxu hər bir bəşər övladında mövcuddur. Təbii ki, tarixi şəxsiyyətlər də belə hallardan sığortalanmayıb.
Sherg.az xəbər verir ki, hər kəsin tanıdığı İosif Stalinin belə qorxusu olub.
Stalin ən çox zəhərlənməkdən qorxub. O həm də aviaqəzadan qorxduğu üçün təyyarəyə minməyib. Bundan başqa, Stalin yatmaqdan belə qorxurmuş. Yalnız orqanizmi yuxusuzluğa tab gətirməyəndə yuxuya gedirmiş.
10 yaşından ölkəni idarə edən I Pyotr tarakanlardan çox qorxub. Onun digər fobiyası isə hündür tavanlar və geniş otaqlar olub. Elə bu səbəbdən az qala boyu 2 metrə çatan Pyotr alçaq tavanlı xudmani evdə yaşamağa üstünlük verib.
Çar III Aleksandr yüksəklikdən və insan kütləsindən qorxub. Elə bu səbəbdəndir ki, o, tez-tez paradları və bayramları ləğv edirdi.
Nikolay Qoqol diri-diri basdırılmaqdan qorxub. Ümumiyyətlə, ölümdən qorxan Qoqol zəhərlənmə ehtimalı səbəbindən dərman belə qəbul etməyib.
Sergey Yeseninin ən böyük qorxusu sifilis xəstəliyinə yoluxmaq olub. Şairin ikinci qorxusu isə polis geyimli insanlar idi. Polis əməkdaşı Blyumkinlə qalmaqaldan sonra o, Yeseninə atəş açıb. Həmin vaxtdan üzərindən silahı əksik etməyən Yesenin bununla belə polis geyimində birini görəndə təşvişə düşürdü.
Vladimir Mayakovski infeksiyaya yoluxmaqdan ehtiyat edib. Bu səbəbdən kiminləsə əllə görüşdükdən sonra dərhal əlini sabunlayırmış. Cibində isə hər zaman yod gəzdirib. Qapıların dəstəyini kağız və ya dəsmalla tutan Mayakovski bərbərə gedərkən saç ustasına bütün avadanlıqları dezinfeksiya etdirirmiş.
Rəssam Mixail Vrubel gözəl qadınlardan qorxub. Gəncliyində sevgi faciəsi yaşadıqdan sonra bıçaqla ürəyinə zərbə endirən rəssam həmin vaxtdan gözəl qadınlar qarşısında fobiyaya düşürdü.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual