Tüksüz doğulan oğlağa körpə uşaq libası geyindirilir
Yusif Nəzərli
00:28 05.04.2022
Relaks
1282
Cüt doğulan, amma tək qalan tüksüz oğlağı Mərsində görməyə gəlirlər
Türkiyənin Mərsin bölgəsində təsərrüfatla məşğul olan Tosun ailəsinin keçilərindən biri əkiz oğlaq doğub. Oğlaqlardan biri doğulduqdan az sonra tələf olub. Əkiz tayı isə sağ qalıb. Ailəni təəccübləndirənsə nə keçinin əkiz oğlaq doğması, nə də oğlaqlardan birinin tələf olmasıdır. Təəccüblü olan oğlağın tüksüz doğulmasıdır. Sağ qalan da elə bu tüksüz oğlaqdır.
Bu barədə “NTV.com.tr” məlumat verir. Bildirilir ki, tüksüz oğlaq ailənin sevimlisinə çevrilib. Oğlaq tükləri çıxanadək üşüməsin deyə, Tosun ailəsi ona kiçik yaşlı nəvələrinin libasını geyindirir. Ailə başçısı Hüseyin Tosun oğlağı evə gətirib və sobanın yanında ona yer hazırladıb.
Ailə bu tüksüz oğlağa körpə uşağa qayğı göstərildiyi kimi baxır. Oğlaq 3 gün əmziklə yedizdirilib. 3 gün sonra ayaq üstə durmağı bacaran oğlağı ana keçi ilə görüşdürüblər və oğlaq anasını əmməyə başlayıb.
Tüksüz oğlaq barədə eşidib-bilən onu görməyə gəlir. Gələnlər oğlaqla şəkil çəkdirib, sosial mediada paylaşır. H.Tosun oğlağın dünyaya gəlməsindən danışıb:
“Doğulduğunda dərisi tamam tüksüz idi. Mavi rəngə çalırdı. Ertəsi gün rəngi qaraldı. Ona bir körpəyə baxar kimi qulluq edirik. Bir gün hərarəti qalxdı. Nəvələrimizə içirdiyimiz temperatur salan siroplardan ona da içirdik, iynə vurduq”, deyib.
H.Tosunun 5 yaşlı nəvəsi Aysel də oğlağı çox sevir, bəsləyir. Tüksüz oğlağı “çox yumşaqdır”, deyə əzizləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət