Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək
14:02 30.01.2022
Relaks
1186
İdentifikasiya üçün loqin və parolların istifadəsi yaxın 5 ildə tarixə qovuşa bilər.
Sherg.az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın "Bilayn" şirkətinin rəqəmsal və yeni biznesin inkişafı üzrə icraçı vitse-prezidenti Yevgeni Çereşnev bildirib.
"Login/şifrə bağlaması, əslində, sizin haqqınızda heç nə bilməyən xidmətə kim olduğunuzu söyləmək və həqiqətən də siz olduğunuzu təsdiqləmək üçün bir yoldur. Çox güman ki, biz indi mövcud olan bəzi identifikatordan (loqin, elektron poçt və ya telefon nömrəsi) heç vaxt xilas olmayacağıq. Şifrəyə gəlincə, burada, əlbəttə ki, növbəti 5 ildə ondan istifadəni dayandırmaq şansı var, sadəcə olaraq, ona görə ki, parolu skorinq, yaxud biometriya üzrə çoxfaktorlu identifikasiya ilə əvəzləmək mümkün olacaq", - deyə Çereşnev bildirib.
Onun sözlərinə görə, smartfonda çoxfaktorlu identifikasiya akkaunt və biometriyanın uyğunluğundan ibarət olacaq. Hazırda buna ən yaxın texnologiya mobil ID-dir.
"Növbəti addım texnologiyanı "kapot altında" daha mürəkkəb, lakin istifadə baxımından daha sadə etməkdir. Bu identifikasiya üsuluna alternativ kriptobioçip olacaq. İstəyənlər özlərinə implant yerləşdirə və identifikasiyadan keçə bilər. Bu yaxın 5-7 ilin perspektividir", - ekspert əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm