
Yeni dünya nizamına doğru: Azərbaycan, Türkiyə və Pakistan Laçında birlik mesajı verdi
13:02 30.05.2025
Siyasət
698
28 May – Müstəqillik Günümüz bu il tarixə ikiqat bayram kimi yazıldı. Məhz bu əlamətdar gündə Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Qarabağ və Şərqi Zəngəzurun üçüncü hava qapısı olan Laçın Beynəlxalq Hava Limanının rəmzi açılış lentini birlikdə kəsdilər. Bu tarixi mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında ikinci Zirvə Toplantısının keçirilməsi isə hadisənin həm rəmzi, həm də strateji əhəmiyyətini daha da artırıb.
Biri nüvə dövləti olmaqla, üç qardaş ölkənin qalib liderləri Laçından bütün bölgəyə və dünyaya mühüm mesajlar veriblər. Bu görüş Azərbaycan, Türkiyə və Pakistanın təşəbbüsü ilə yeni bir geosiyasi platforma – üçtərəfli əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirib. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarlarının Prezident İlham Əliyevə və Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunması da bir daha sübut edib ki, Cənubi Qafqazın gələcəyi bu gün öz gücünə, tərəfdaşlığına və liderliyinə arxalanan Azərbaycan və Türkiyənin əlindədir.
Laçın şəhərində keçirilmiş tədbirlər, xüsusilə də üç liderin birlik mesajları bir daha göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də mənəvi və tarixi birlik çərçivəsində çiyin-çiyinə dayanırlar – istər çətin, istər sevincli anlarda. Prezident İlham Əliyevin konsert öncəsi çıxışında vurğuladığı kimi, bu əməkdaşlıq günbəgün güclənir və üç qardaş ölkə hər zaman suverenliyin, ərazi bütövlüyünün və ədalətin tərəfində dayanaraq bir-birinə dəstək verir.
Millət vəkili Azər Badamov da Sherg.az-a açıqlamasında qeyd edib ki, 28 may Müstəqillik günündə Laçında yeni tarix yazılıb. Bu yeni tarix Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının keçirdiyi Zirvə görüşü ilə zirvələrə yüksəlib:

“Biz qardaş və dost ölkələrik. Bizim qardaşlığımız və dostluğumuz böyük tarixə söykənib və sınaqlardan çıxmışdır. 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal etdiyinə görə Pakistan Ermənistanı müstəqil bir dövlət kimi bu gün də tanımır. Ölkələrimiz çətin və xoş günlərdə bir-birinin yanında olduğunu açıq şəkildə bəyan ediblər. Azad Laçında keçirilən Zirvə görüşündə dövlət başçılarının səsləndirdikləri mesajlar öz ünvanlarına dərhal çatmışdır. Dövlət başçımızın çıxışda qeyd etdiyi AXC-nin sovetlərin tərkibinə daxil olandan sonra Qərbi Zəngəzuru Azərbaycandan qoparılaraq Ermənistana verilməsi kimi ədalətsizliklə qarşlaşdığının qeyd etməsi reallıqları qarşı tərəfə və onun havadarılarına çatdırılması baxımından vacib mesaj idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Türkiyə və Pakistanın bundan sonra üç dövlət bir millət olduğunu qeyd etməsi və dahi şair Səməd Vurğunun Azərbaycan şeirinin oxumasının arxasında böyük mənalar dayanırdı və bu, bizə əyri gözlə baxan dairələrə göstərilən növbəti yumruq oldu. Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan, Türkiyə və Pakistanın bir ürəyin üç ruhu deməsinin arxasında da böyük fəlsəfə var. Çünki, 28 may ölkəmizin Müstəqillik Günü olduğu kimi, Pakistanın da nüvə dövləti olduğunu elan etdiyi gündür. Bu məsələni Pakistan baş naziri tərəfindən xüsusilə vurğulaması birliyimizin artıq vahid bir güc, nüvə gücü olduğuna bir işarədir. Bu gün yeni dünya nizamı formalaşır. Belə dəyişkən dünyada Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni reallıq yaratdı və bu, yumruğumuzun çox möhkəm olduğunu nümayiş etdirilməklə düşmənlərə çox ciddi bir siqnal oldu”.
Oxşar xəbərlər
Azərbaycan artıq Böyük Britaniya ilə münasibətlərini yeni strateji mərhələyə keçirir -ŞƏRH
12:35 13.11.2026
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında birgə bəyannamə imzalandı
23:21 12.11.2026
Xəbər lenti
Hamısına bax
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə
Türkiyə-Ermənistan sərhədində dəmir yolu tikintisi davam edir
12:14 13.11.2026
Gündəm
Bağlı qapı arxasında qalan şəxsin meyiti tapıldı
11:57 13.11.2026
Hadisə
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib
11:47 13.11.2026
Sosial
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:33 13.11.2026
Dünya
Rusiya Ukraynanın 1198 dronunu vurdu
11:21 13.11.2026
Dünya