İraqda PKK-nın 11 düşərgəsinin ləğv edilməsi planlaşdırılır
Yusif Nəzərli
10:30 13.07.2025
Dünya
319
Türkiyədə Kürd Fəhlə Partiyasının (PKK) Şimali İraqdakı 11 düşərgəsinin tamamilə ləğv edilməsi və orada olan minlərlə silahlının başqa yerlərə köçürülməsi planlaşdırılır.
APA xəbər verir ki, “Sabah” qəzetinin verdiyi məlumata görə, bu tədbir Ankaranın terrorizmdən azad olunması istiqamətində həyata keçirdiyi proses çərçivəsində nəzərdə tutulur.
PKK 47 il əvvəl Türkiyənin Diyarbəkir şəhərində yaradılıb və bu müddət ərzində Şimali İraqda 11 əsas düşərgə qurub. Bunlar ölkədə təşkilatın əsas bazaları sayılır və çoxsaylı kiçik dayaq nöqtələrindən əlavədir. Türkiyə sərhədinə ən yaxın yerləşən düşərgələrdən biri - böyük Zap düşərgəsidir ki, o, Türkiyənin Hakkari vilayətindən də görünür. Bu yer PKK üçün ən vacib məntəqələrdən biridir. Qəzetin məlumatına görə, təşkilatla əlaqəsi olmayan şəxslərin ora girişi qadağandır və dəfələrlə oradan Türkiyə ərazisinə keçmək cəhdləri baş verib.
Sərhəddən 20-40 kilometr dərinlikdə yerləşən digər düşərgələr isə Sinat, Haftanin, Gara, Hakurk, Metina, Avaşin-Basyan düşərgələridir. PKK-nın İraqdakı infrastrukturuna xəstəxanalar, elektrik istehsalı üçün kiçik su bəndləri, poliqonlar və təlim obyektləri, çoxsaylı mağaralar, gizlənəcək yerlər və silah anbarları daxildir. Qəzetin bildirdiyinə görə, bu obyektlərin hamısı təşkilatın tərksilah olunması və ləğv olunması mərhələsi başa çatdıqdan sonra PKK-nın mövcudluğundan tamamilə təmizlənəcək.
Ən iri üç düşərgə – Kəndil və Maxmur (İraqda), həmçinin Sincar (Suriyada) – zamanla tamamilə bağlanaraq yerli hakimiyyət orqanlarına təhvil veriləcək. Bu düşərgələrdə PKK-nın ən çox silahlısı və təşkilatın bütün komandirləri yaşayır. Yalnız Maxmur düşərgəsində təqribən 15 min nəfər var. Bu şəxslərin hamısının oradan təxliyə ediləcəyi və müxtəlif yaşayış məntəqələrinə yerləşdiriləcəyi planlaşdırılır. PKK üzvlərinin və ya onların ailə üzvlərinin bir hissəsi Türkiyədə də məskunlaşa bilər. Bunun üçün isə parlamentin hazırlayacağı qanunvericilik bazasına ehtiyac var.
Cümə günü PKK-nın ilk silahlı qrupu tərksilah prosesi çərçivəsində silahlarını təhvil verdi. Silahların təslim olunması və yandırılması mərasimi İraq Kürdüstanının bir hissəsi olan Süleymaniyyə vilayətində baş tutdu. Mərasimdə 30 PKK üzvü iştirak edirdi, onların təxminən yarısı qadın idi.
Qeyd edək ki, hazırda Türkiyədə terror fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalan bu ilin fevral ayında təşkilatla əlaqəli bütün qrupları silahı yerə qoymağa və Ankarayla silahlı münaqişəyə son qoymağa çağırmışdı. May ayında PKK qurultay keçirmiş və orada təşkilatın ləğvi və Türkiyə hakimiyyəti ilə təxminən 50 il davam edən qarşıdurmaya son qoyulması barədə qərar qəbul etmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual