İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir

Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı.

Sherg.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə bildirib.

“Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək”, - orada indi bir neçə min insanın yaşadığını və bu köç prosesinin davam etdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb.