“Azərbaycan Asiya və Avropanın kəsişməsində yerləşir, o, zəngin enerji resurslarına malikdir”.
APA-nın Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.
Slovakiya Prezidenti bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır: “Bu, bizim münasibətləri daha yüksək səviyyəyə qaldırıb. Slovakiya və Azərbaycan gələcəkdə daha sıx əməkdaşlıq edəcək. Müdafiə sənayesi, mədəniyyət, turizm, tələbə mübadiləsi və s. sahələrdə”.