“Bu gün dünyada vəziyyət bəlkə də indiyə qədər olduğundan daha mürəkkəbdir”.
Sherg.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“2023-cü ilin sentyabrında baş vermiş ciddi hərbi toqquşmadan cəmi iki il sonra, 2025-ci ilin avqustunda Ermənistanın Baş naziri və mən ABŞ Prezidenti Donald Trampın qarşısında bəyannaməni imzaladıq və sülh sazişi paraflandı. Prezident Tramp isə bu bəyannaməni şahid qismində imzaladı. Beləliklə, biz bu müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq. Artıq beynəlxalq təsisatlara etibar etməməliyik. Serbiya Prezidenti Aleksandr Vuçiçin dedikləri ilə qismən razıyam ki, bu gün dünyada vəziyyət bəlkə də indiyə qədər olduğundan daha mürəkkəbdir.
Amma onun müəyyən bədbinliyini paylaşmıram. Çünki əgər vəziyyəti nəzarət altına alsanız, milli maraqlara və rəhbərlik etdiyiniz xalqın gələcəyinə sadiq olsanız, uğur qazana bilərsiniz. Lakin çoxtərəflilik, birtərəflilik və proteksionizm məsələlərinə gəldikdə görürük ki, hər şey dağılır”, - deyə dövlət başçısı vurğulayıb.