Günümüzün bəlasına çevrilən xərçəngin 100-dən artıq növü var və bədənimizin istənilən hissəsində inkişaf edə bilir. Hər il dünyada milyonlarla adam xərçəng xəstəliyinə tutulur və elə milyonlarla insan da xərçəngdən ölür. Kişilər arasında daha çox ağ ciyər, prostat vəzi, mədə, qara ciyər xərçəngi, qadınlar arasında isə süd vəzi, düz bağırsaq, ağ ciyər, uşaqlıq boynu xərçəngi yayılıb. Mütəxəssislərin fikrincə, xərçəgin əsas risk faktorları: - piylənmə, meyvə və tərəvəzlərin az miqdarda qəbulu, fizki aktivliyin az olması, spirtli içkilərin qəbulu və siqaret çəkməkdir.
“Sherg.az” həkim fitoterapeft Fizuli Hüseynovun “fizulihuseynov, com” saytına açıqlamasına istinadən bildirir ki, bədənimiz başdan-başa hüceyrələrdən təşkil olunub və bu hüceyrələr beynimizdən gələn əmrlərə tabe olaraq çoxala bilirlər.
Amma xərçəng hüceyrələri müstəqil qurum kimi beynimizə tabe olmadan çoxalır. Sonra bu hüceyrələr bir-biri ilə birləşib şiş toxuması əmələ gətirir. Daha sonra şişlər böyüyür, ətrafdakı orqan və toxumaları sıxmağa başlayır. Əgər bu hüceyrələr qan və ya limfa damarına daxil olarsa, başqa toxumalara yayılma, yəni metastaz baş verir.
Həkimin sözlərinə görə, xərçəngin olmaması üçün bədənimizdə zəngin antioksidant ehtiyatı olmalıdır: “Antioksidantlar bol günəş şüaları altında təbii şəkildə yetişən bütün meyvə və tərəvəzlərdə var.
Bir misal çəkim, pomidorun tərkibindəki antioksidantın adı likopendir və o, prostat vəzi xərçənginin qarşısını almaq xüsusiyyətinə malikdir. Bostanda günəş altında bitən pomidorda parnikdə bitənlə müqayisədə likopen 20 dəfə çox olur, yəni biz 20 kq parnik pomidoru yeməliyik ki, 1 kq normal pomidorun antioksidantını mənimsəyə bilək. Bu qayda bütün tərəvəz və meyvələrdə də özünü göstərir”.
Mütəxəsissis bildirib ki, biz bol-bol meyvə-tərəvəz yesək, siqaret və alkoqol istifadə etməsək, hüceyrələri zədələyən və antioksidant itkisinə səbəb olan rentgen şüalarından özümüzü qorusaq, “fast food” yeməklərini menyumuzdan çıxartsaq, xərçəngə tutulma ehtimalımız daha çox azalar:
“Xərçəngə tutulmamaq üçün hər bir insan gündə ən azı 3 km gəzməlidir. Həmçinin idmanla məşğul olmaq da antioksidant istehsalını artırır. Xoşrəftar olanların beynində xoşbəxtlik hormonlarının çox olması da xərçəngin qarşısını alan bir vasitədir. Xərçəngdən qorunmaq və onu müalicə etmək üçün bal, arı südü, Qafqaz kefiri, rafinə olunmamış zeytun yağı, brokkoli kələmi, buğda cücərtisi, keçibuynuzu, razyana, damotu, bibər, sarıkök, qara zirə, zəncəfil, boymadərən, soğan, sarımsaq, göyərtilər, meyvə qurularından istifadə etmək lazımdır.
Əgər kimdəsə xərçəng tapılıbsa, yaxşı olar ki, o, heyvani məhsulları, rafinə olunmuş ərzaqları, sənaye məhsullarını, qazlı şirin içkiləri, konserv məhsullarını qida rasionundan çıxarsın.
Xərçəngin həm müalicəsində, həm də profilaktikasında gündə 2 saat açıq havada yeyin addımlarla gəzmək lazımdır. Yeyin gəzən zaman qaraciyərdə antioksidan istehsalı çoxalır.