“Həm də onlar çıxış yolu deyil və güclü təsirə malikdir”
“Ona görə də istifadəsi qəti qadağandır”
“Südəmər uşaq danışa bilmir, narahatlığını ağlamaqla bildirir”
Etiraf etmək lazımdır ki, heç də bütün valideynlər eyni düşünmür. Hər biri övladlarını sevsə də, davranışları, münasibətləri fərqlidir. Bəziləri uşağın bütü nadincliklərinə, necə deyərlər, şıltaqlıqlarına dözür, bəziləri isə körpəni necə susdura biləcəyi barədə səhərdən axşamacan internetdə axtarış aparır. Görünür, belələri Benjamin Franklinin “Uşaqlara susmağı öyrədin, danışmağı onlar özləri də bacarar” aforizmini tamamilə səhv başa düşüblər.
Etiraf etmək lazımdır ki, cəmiyyətimizdə körpəsi ağlayan kimi onu susdurmaq üçün ən müxtəlif vasitələrdən, hətta yuxugətirici preparatlardan istifadə edənlər də var. Allah bilir, həmin dərmanlar şirin yuxu ilə birlikdə uşaqlara nələr “bəxş edir”. Bəlkə də, ana, atalar bunu bilmirdilər. Amma bundan sonra biləcəklər.
Pediatr Vaqif Qarayav məsələyə dair fikirlərini “Sherg.az”a bildirib:
“Belə dərmanlar çox əvvəllər, yəni 20-30 il əvvəl var idi. İndi inamıram ki, həmin preparatlardan istifadə edən olsun.
Həm də onlar çıxış yolu deyil və güclü təsirə malikdir. Ona görə də istifadəsi qəti qadağandır. Südəmər uşaq danışa bilmir, narahatlığını ağlamaqla bildirir.
Valideyn uşağının niyə ağladığını müəyyənləşdirə bilmirsə, həkimə müraciət etməlidir”.