Hamilə qadınlar digər qadın pasiyentlərə nisbətən daha çox koronavirusdan ölürlər.
Bunu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatları göstərir.
Nəticələr 22 yanvar - 3 oktyabr arasında toplanan statistik məlumatlara əsaslanır.
"The Washigton Post" qəzetinin yazdığına görə, COVID-19 xəstəsi olan 19 mindən çox hamilə qadından 33-ü ölüb, bu kateqoriyada ölüm dərəcəsi 0,2% təşkil edib. Hamilə olmayan qadınlar arasında bu rəqəm iki dəfə azdır.
Mərkəzdə belə düşünürlər ki, yüksək ölüm riski hamiləlik dövründə baş verən fiziki dəyişikliklərlə - ürək döyüntülərinin artması, oksigen istehlakı, ağciyərlərin tutumunun azalması, orqanizmin immunitet sistemində gedən dəyişikliklər və s. ilə bağlıdır. /medicina.az