1 ay öncə başladı

Koronavirus bir ailənin 5 üzvünü öldürdü


Koronavirus xəstəliyi bir ailənin əsl faciəsinə çevrilib.
Samsunda koronavirus xəstəliyinə tutulan 3 qardaş 35 gün içində həyatını itiriblər. "Şərq" türk mediasına istinadən xəbər verir ki, Çarşamba mahalında 3 qız atası olan biznesmen, 40 yaşlı Kenan Emirhan dekabrın 4-də koronavirusdan vəfat edib. Daha sonra Bafradakı xüsusi bir xəstəxanada ortopediya və travmatoloji mütəxəssisi olaraq çalışan həkim qardaşı, 36 yaşlı Necati Emirhan da bir müddət əvvəl virusa yoluxmuşdu.

20 gün müalicə alan iki qız atası Emirhan  yanvarın 7-də vəfat edib. Vezirköprü mahalında evli və iki uşaq atası olan Emirhan ailəsinin dörd övladından biri olan 33 yaşlı Selman Emirhan, COVID-19 müalicəsi aldığı Çarşamba Dövlət Xəstəxanasının Reanimasiya şöbəsində yanvarın 9-da təəssüf ki, həkimlərin bütün müdaxiləsinə baxmayaraq vəfat edib.

 Qeyd edək ki, qardaşların dayısı 70 yaşlı Tevfik Akbaş və xalaları Mesude Akbaş (72 yaş) da  uzun müddətdir reanimasiyada sağ qalmaq üçün mübarizə aparsalar da, koronavirusa qalib gələ bilməyiblər. Dünyasını dəyişən Emirhan qardaşlarının anası Fatma Emirhan koronavirus müalicəsi aldığı xəstəxanadan sağalaraq evə buraxılıb.

Beləliklə, bir ailə bir ay içərisində koronavirus səbəbindən 5 üzvünü itirib.