Biz Çini keçmişik !  

“Koronavirusla bağlı kollektiv imunitet yaranmaldır”

Yanvarın ayının 18-i koronavirus infeksiyasının qarşısının alınması məqsədilə uzadılan xüsusi karantin rejiminin son günüdür. Bununla bərabər cəmiyyətdə bir sıra məsələlər müzakirə olunur. Görəsən ayın 18-dən sonra karantin rejiminin yumuşaldılması barədə qərar verilə bilərmi? Hər kəs bu sualın cavabı ilə maraqlanır. Hazırda vətəndaşları sms icazənin ləğvi və metronun açılması düşündürür.

Mövcud durumu “Sherg.az”a dəyərləndirən həkim Qalib Əsədov deyib ki, əslində karantin rejimi çoxdan ləğv olunmalı idi:

“Çünki lüzum yoxdur. Sms icazə və rayonlar arası gediş-gəlişin qadağan olunması isə absurddur. Dünyanın hansısa ölkəsində belə bir qayda tətbiq olunmur. Həm də sərt karantin rejimi kollektiv imunitetin əmələ gəlməsinə mane olur.Ona görə də əziyyət çəkirik.

Bir milyardan çox əhalisi olan Çindəki yoluxma sayına da baxın, 10 milyonluq Azərbaycana da. Biz Çini keçmişik. Çinin əhalisində kollektiv imunitet yarandı. Orda sərtləşdirmə cəmi iki ay davam elədi, sonra hər yeri açdılar.

Fikrimcə, karantin rejimində ciddi yumuşaldılmalara gedilməlidir. Bu şəkildə davam edə bilməz”.