Azərbaycana iki milyon doza “Sinovac” vaksini gətiriləcək.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.
T.Musayev qeyd edib ki, daha dörd milyon doza “Sinovac” vaksini sifariş edilib:
“Vaksinlər öncə Türkiyəyə gətiriləcək, laboratoriyalarda standartlara uyğunluğu yoxlanıldıqdan sonra bir neçə partiya ilə Azərbaycana göndəriləcək”.
“Vaksinlərin sınağı zamanı yekun olaraq “Sinovac” vaksinin virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. Vaksin vurulan, lakin virusa yoluxan üç şəxs olub. Onlardan yalnız biri yüngül şəkildə zökəm keçirib.
Vaksin vurulan könüllülərin 2,5 faizində baş ağrısı, 2,5 faizində isə yorğunluq, halsızlıq müşahidə edilib”, - deyə o qeyd edib.