Azərbaycan Oksford Universitetinin reytinqində yeni koronavirusla mübarizə tədbirlərinin effektivliyinə görə ilk 10 ölkə arasında yer alıb.
Axar.az "Vestnik Kavkaz"a istinadən xəbər verir ki, ölkəmiz 183 ölkənin yer aldığı reytinqdə 3-cü yerdə qərarlaşıb.
Reytinq tərtib edilərkən hökumətin epidemioloji vəziyyətlə bağlı atdığı addımlar, cəmiyyətə yardım və səhiyyə sisteminin performansı kimi 19 göstəriciyə əsaslanılıb.