Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 165 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6436 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8812, ağır xəstələr isə 2201 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən 2 387 101 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 262 864 nəfər sağalıb, 23 997 nəfər isə ölüb.