Mütəxəssislər içkilərin insan ürəyinə təsirlərini müəyyənləşdirmək üçün araşdırma aparıblar. Bu məqsədlə könüllü dəstə üzərində eksperimant həyata keçirilib. İçki qəbul edən könüllülər 4 saat ərzində hər 30 dəqiqədən bir elektrodioqrammadan keçməli olublar.
Milli.Az "Inforeactor"ə istinadən xəbər verir ki, belə bir təcrübəni Kaliforniyanın Sakit okean Universitetinin mütəxəssisləri həyata keçirib.
Mütəxəssislər müəyyən edib ki, enerji içkiləri insanda arterial təzyiqin artmasına və ürək ritminin pozulmasına səbəb olur.
Mütəxəssislərin 18-40 yaş arasında 34 könüllü arasında apardığı təcrübə nəticəsində bəlli olub ki, çox enerji içkilərini qəbul edən şəxslərdə arterial təzyiqin və ürək ritminin pozulma hallarının, yəni aritmiya, anomal ürəkdöyünmələri halları müşahidə ediblər. (ölkə.az)