Siqareti tərgidənlər cavanlaşır, dad və qoxu duyğuları fəallaşır

Siqareti tərgitməyin müsbət təsirləri
DÜNYA 06.02.21   23:16
Siqareti tərgitməyin müsbət təsirləri
289

dəfə oxunub

Siqareti tərgidənlər özlərini fiziki cəhətdən daha yaxşı və enerjili hiss edirlər. Dəriləri cavanlaşır, dad və qoxu duyğuları fəallaşır. Ətrafdakı insanları siqaret tüstüsünə məruz qoymaq narahatlığından qurtulurlar. Uşaqlara və gənclərə yaxşı bir nümunə olub, pula qənaət etməyə başlayırlar.

Axşam.az xarici KİV-ə istinadən siqaretdən imtina etməyin müsbət tərəflərini təqdim edir:

- Siqaretdən imtina etdikdən 20 dəqiqə sonra qan dövranı və nəbz, o cümlədən əl və ayaqların normal temperturu bərpa edilir.
- 8 saat ərzində qandakı oksigenin səviyyəsi düzəlir.
- 24 saat sonra infarkt keçirmə riski azalır.
- 48 saat sonra sinir sistemi daha da fəallaşır və dad, qoxu bilmə qabiliyyəti bərpa olunur.
- 2 həftə sonra yürüşə çıxmaq, eyni zamanda pilləkandan istifadə asanlaşır. Ağciyər funksiyasını daha da artırır.
- 9 ay sonra öskürək, nəfəs darlığı, yorğunluq tamamilə aradan qalxır. Ağciyərlər müdafiə funksiyasını bərpa edir və yenidən infeksiyalara qarşı mübarizə aparır. Soyuqdəymə, boğaz və baş ağrısı isə azalır.
- 1 il sonra döş qəfəsindəki bütün ağrılar yox olur.
- 5 il sonra ağciyər xərçəngi riski yarıya qədər azalır. Ağız, boğaz, qida borusu xərçəng riskləri  isə minimuma enir.