Bu sondur !- Koronanın bitəcəyi tarix açıqlandı: "2022-ci ilin sonu..."

"Dünya 2022-ci ilin sonuna qədər koronavirus epidemiyasının təsirlərindən qurtulacaq".
"Sherg.az" xəbər verir ki, Bil Qeyts bu sözləri Polşa mərkəzli "Gazeta Wyborcza" qəzetinin və "TVN24" televiziyasının suallarını cavablandıranarkən deyib.


 O, koronavirus peyvəndlərinin, pandemiyanın yaratdığı "inanılmaz tragediya"nın bitməsinə  kömək edəcəyini vurğulayıb.
Qeyd edək ki, Bil Qeyts 2015-ci ildə verdiyi açıqlamaların birində Yer üzündə milyonlarla insanın ölümünə, müharibədən tez, sürətlə yayıla bilən virusun səbəb olacağını demişdi. Bu günə qədər əldə edilən göstəricilərə görə, 125 milyon insan koronavirusa yoluxub, təxminən 1.2 milyon insan isə həyatını itirib.