Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova yeni növ koronavirus infeksiyasına yoluxub.
“Sherg.az” xəbər verir ki, bunu Turanə Rəsulova özünün sosial şəbəkədəki hesabında bəyan edib.
O, COVID-19-un Britaniya ştammına yoluxduğunu bildirib.
Qeyd edək ki, Hacəttəpə Universitet xəstəxanasında çalışan azərbaycanlı həkim Turanə Rəsulova şair Aqşin Yeniseyin həyat yoldaşıdır.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatıan görə, koronavirusun VOC-202012/01 variasiyası Britaniyada keçən ilin sentyabrında ortaya çıxıb və artıq dünyanın 100-dən çox ölkəsində yayılıb.