Bir gündə 514 nəfər koronavirusa yoluxub

1306 nəfər sağalıb, 15 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 514yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sherg.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 327 601 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 308 317 nəfər müalicə olunaraq sağalıb, 4713 nəfər vəfat edib, aktiv xəstə sayı 14 571nəfərdir.