Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 232 nəfər həyatını itirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 228 min 192 nəfər test edilib, onlardan 13 min 29-nun koronavirus testi pozitiv nəticə verib, 35 min 167 nəfər sağalıb, 2 min 827 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 43 min 821 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 72 min 462 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 801 min 291 nəfəri müalicə olunaraq evə buraxılıb.