Koronavirus ömrü qısaldır?
İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu koronavirus pandemiyası səbəbiylə bir yarım və iki ilə qədər azalıb.
Sherg.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Corc Mason Universitetinin professoru Ança Baranova müsahibəsində bildirib.
“Koronavirus xəstəliyinin hər epizodu az da olsa, həyatımızı qısaldır. Bəzi hallarda isə əhəmiyyətli dərəcədə azaldır”, - bioloq vurğulayıb.
Baranova bu qənaətləri ABŞ statistikasına əsaslanaraq verib. Mütəxəssis yekunda COVİD-19-un birdən çox dəfə yoluxa bilən sistemik bir xəstəlik olduğunu xatırladıb.