Keşnişin 6 faydası
Mətbəximizdə geniş iştifadə olunan keşnişin müalicəvi xüsusiyyətləri də çoxdur.
Axşam.az Türkiyə mətbuatına istinadən keşnişin faydlarını təqdim edir:
1. Keşnişin yarpaqlarında bol miqdarda üzvi turşular, efir yağları, vitaminlər, mikro və makro elementlər və koriandrin maddəsi var ki, bu da yağ mübadiləsini tənzimləyərək zərərli xolesterinin miqdarını aşağı salır.
2. Keşniş mədə pozulmasının qarışısını alır, ürəkbulanması və qusmanı aradan qaldırır.
3. Keşniş kalsium mənbəyidir. O, sümükləri möhkəmləndirir və sümüklərin əriməsinin qarşısını alır.
4. Keşnişin tərkibindəki sakitləşdirici maddələr insanı rahatladır.
6. Gecə yuxusunu normaya salmaq üçün bol miqdarda keşniş yemək məsləhətdir.