“Koronavirusun “Hindistan ştamm”ı “Britaniya ştamm”ından daha sürətli şəkildə yayılır”.
APA TASS-a istinadən xəbər verir ki, bunu İngiltərənin baş sanitar həkimi Kris Uitti mətbuat konfransında bildirib.
O, hazırda “Hindistan ştamm”ının nə qədər sürətlə yayılmasının öyrənildiyini vurğulayıb: “Bu məlumatları yaxın həftələrdə əldə edə biləcəyik”.