Çin istehsalı olan "Sinovac" vaksininin effektivliyi, bu vaksinin istifadə edildiyi ölkələrdə olduqca pozitiv nəticələr artmaqdadır. Məlumdur ki, Azərbaycanda vaksinasiya prosesinin uğurla davam edir. Məhz bunun nəticəsində xəstələnənlərin sayında azalma müşahidə olunması, vaksin olunan şəxslərin xəstəliyi yüngül keçirtməsinin şahidiyik.
Amma vaksinasiya və xəstələnənlərin sayının azalmasının arxayınlaşmaq üçün əsas olmadığını söyləmək yerinə düşərdi.
Hər kəsin mövcud qaydalara riayət etməsi üçün zəruri işlərin davam etdirilməsi vacibdir.
Tanınmış həkim-psixoterapevt Əli Nağıyevin "Sherg.az"a açıqlamasına görə, yaxşı olar ki bütün respublikaya yalnız "Sinovac" vaksini tətbiq olunsun:
"Çünki infeksion xəstəliklərlə uğurlu mübarizə təcrübəsi Çində olduğu üçün məhz Çin istehsalı olan vaksinlərin effektiv olacağına inanıram.
Bəzi insanların vaksinasiya ilə bağlı neqativ fikirlərinə gəlincə, belə bir elmsiz fikirlər meydana çıxıb: Guya planet düzdür deyə məntiqsiz bir yanaşmadan söhbət gedir. Bu yanaşma da vaksinlərə qarşı səslənən mənfi fikirlərə bənzəyir.
İnfeksion xəstəliklər tarixinə baxsaq və elmlə yanaşsaq, görərik ki, viruslara qarşı demək olar spesifik dərman yoxdur. Yoluxmanın qarşısını almaq üçün yalnız immunitet formalaşdırmaq yolu var.
Ona görə də vaksinasiyaya qarşı çıxmaq məntiqsiz bir yanaşmadır. Bir həkim olaraq vaksinasiyanın tərəfdarıyam, yoluxma ehtimalını sıfıra endirmənin yeganə yolu budur".