Meyxana ustadı Kərim Novruzov ( Ağakərim) uzun müddətdir ki səhhəti ilə bağlı problem yaşayır. Dörd il əvvəl beyninə qan sızan meyxanaçının müalicəsi davam etdirilir. Zaman-zaman vəziyyətinin yaxşı olmadığı söylənilir.
Biz də söz ustadının son durumunu öyrənmək üçün onun yaxın dostu, həmkarı Ağamirzə Məmmədovla əlaqə saxladıq.
O “Sherg.az”a Ağakərimin səhhəti haqda bunları dedi:
“Sakitləşdirici dərmanlar vururlar. Hələ ki yatır. Səlist danışa bilmir. Ümid Allaha qalıb”.