Türk professor xərçəngin müalicəsində etdiyi araşdırmaların nəticələrini açıqlayıb.
Axar.az xəbər verir ki, Harvard Universitetinin professoru Mehmet Toner insan bədənindəki hüceyrələrin 95 %-nin qan hüceyrələri olduğunu və hər xəstəliyin qan yolu ilə aşkar edilə biləcəyini vurğulayıb.
M.Toner inkişaf etdirdikləri texnika ilə saniyədə 300 milyon hüceyrəni araşdıraraq xərçəng hüceyrələrini aşkar edə biləcəklərini bildirib.
O, eyni zamanda pandemiyaya görə yaradılan peyvəndlər sayəsində qazanılan təcrübənin xərçənglə mübarizədə böyük rol oynayacağını deyib.