İsveçrənin Sürix Universitetinin alimləri tərəfindən yeni bir müalicə metodu kəşf edilib.
“Sherg.az” “Sabah.com”a istinadən xəbər verir ki, yeni metod həm xərçənglə, həm də COVİD-19-a qarşı müalicədə əhəmiyyətli olacaq.
Mütəxəssislər yeni çalışmaları ilə xərçəng şişini birbaşa hədəf alan və onu məhv edəcək bir texnologiyanı inkişaf etdiriblər. Beləliklə, xərçənglə mübarizədə tətbiq olunan radioterapiya və kimyəvi terapiya kimi metodların tələb olunmayacağı, müalicə prosesi zamanı meydana gələn bir çox yan təsirlərin də ortadan qalxacağı gözlənilir.
Tədqiqatı aparan qrupun üzvlərində Şina Smit bu sözləri deyib:
“Yeni üsul ilə xərçəng hüceyrəsini öz içindəki genlərlə birlikdə yox edə biləcəyik."
Tədqiqatın siçanlar üzərində döş xərçəngi sınaqlarında uğurlu nəticələr verdiyi qeyd edildi. Araşdırmanı aparan qrupun sözlərinə görə, yeni müalicə üsulu COVİD-19 ilə mübarizədə də istifadə edilə bilər.