İmmuniteti gücləndirir


Qreyfurtu xərçənglə döyüşən vitaminlər ordusu  adlandırırlar

Bütün meyvələr kimi qreyfurt da özünəməxsus üstünlüklərə malikdir. Qreyfurtu xərçənglə döyüşən vitaminlər ordusu da adlandırırlar. Amma dahi Nizaminin “bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da” hikmətini unutmamalıyıq. Qreyfurt da həddindən artıq yeyilərsə, orqanizmə ziyan verə bilər. Mütəxəssislər ondan necə istifadə etməyi öyrədir. “Milliyyet.com”da yer alan məlumatda bildirilir ki, xəstəliklərdən qorunmaq və immuniteti gücləndirmək üçün tövsiyə edilən qreyfurt tərkibindəki C vitamin səbəbindən güclü antioksidan təsirə malikdir. Digər narıncı meyvələr kimi qreyfurtun da kalorisi azdır və demək olar ki, tərkibində yağ adına bir şey yoxdur. Ondan çəkinmədən istifadə edə bilərsiniz. Lakin müalicə müddətində olanlar qəbul etdikləri dərmanların tərkibinə diqqət etməlidir. Qreyfurt bəzi dərman preparatları ilə reaksiyaya daxil ola bilir. Buna səbəb meyvənin tərkibindəki naringi digər fitokimyəvi maddələrlə reaksiyaya daxil olur. Qreyfurt bəzi dərmanların təsirini azalda, bəzilərinin təsirini isə artıra bilər. Bu haqda dietoloq Merve Sır məlumat verib. Dietoloq qeyd edir ki, qreyfurt bol miqdarda vitaminlərə sahib olmasıyla yanaşı toxluq hissi verən liflər və pectin maddəsinə də malikdir. Çəhrayı rəngli qreyfurtlar sarı rənglilərdən daha dadlıdır. Həmçinin hüceyrələri qoruyan karotenoid – likopen baxımından da daha zəngindir. Qreyfurtun çəhrayı rəngi likopendən qaynaqlanır. Likopen isə kardioloji xəstəliklər və xərçəngə yaxalanma riskini azaldır. Qreyfurtdakı C vitamin toxumalara da müsbət təsir edir. 3 qreyfurt günlük 100 milliqram C vitamini ehtiyacını ödəyir. Amma orqanizm təkcə bununla kifayətlənə bilməz. Xolesterola qarşı, qəlb-ritm pozğunluqları, qan durulducu, psixoloji xəstəliklərdə istifadə edilən dərmanlar varsa, qreyfurta qarşı diqqətli olmaq lazımdır. Şəkər xəstələri də qreyfurt məsələsində həkim məsləhətinə qulaq asmalıdır. Qreyfurtun çəyirdəyi də faydalıdır. Bu çəyirdəklər antibikrobial təsirə malikdir və ən yaxşı təbii antibiotik hesab edilir. Qreyfurt çəyirdəyi ekstraktı ilə sardunya yağı qarışığının MRSA virusuna qarşı güclü antibakterial təsiri malik olduğu qeyd edilir. Qreyfurt çəyirdəyi, həmçinin təzyiqsalıcı kimi istifadə edilir.