Mis qablar... 

5 min illik şəfa qaynağıdır, xeyrini saymaqla bitməz 

Mis qablar qədim zamanlardan insanların məişətdə ən çox istifadə etdiyi əşyalar olub. Misin tərkibindəki maddələr orqanizm üçün xeyirli olduğundan bu metaldan hazırlanan qablarda xörək yemək, bu qablardan su içmək, eləcə də qabların içində ərzaq saxlamağa üstünlük verilib. Elm sübut edib ki, mis qabdakı su pozitiv elektriklə yüklənmə xüsusiyyətinə malikdir və bu xüsusiyyəti orqanizmin 3 təməlini sabit saxlamağa kömək edir. Mis qabda saxlanan su köhnəlmir, iylənmir, keyfiyyətini qoruyur. 

“Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, müasir həyatda plastmas, şüşə, hər cür süni materiallardan hazırlanan mətbəx əşyaları mis qabları sıradan çıxarsa da, hələ də onlara dəyər verənlər var. Belə şəxslərdən biri Türkiyənin Bursa şəhərində Çancılar Məhəlləsində mis qablar satan Rəqibə Dorakdır. Rəqibə Dorak 5 min il yaşı olan mis qablara son zamanlar marağın artdığını deyir: 

“Mis qablarda bakteriyalar əmələ gələ bilməz. Mis qabların müsbət cəhətlərini saymaqla bitməz. Mis qablar orqanizm üçün çox faydalıdır” deyən R.Dorak dükanda satışa çıxarılan mis qabların səthinin nikellə işləndiyini, içinin isə saf misdən olduğunu söyləyir. 

Satıcı xanım deyir ki, əgər mis sürahinin içindəki su bir gecə saxlandıqdan sonra içilsə, orqanizm mis ehtiyatı almış olur. Bundan başqa mis qabdan içilən su beyin hüceyrələrini hərəkətə gətirir, orqanizmdəki bakteriyaları yox edir, tiroid vəzlərini çalışdırır. Nəticədə sağlam həyat yaşamış olursunuz. Mis qablar zaman-zaman qalaylanmalıdır. Rəqibə Dorak bu işin xüsusi ustaları olduğunu deyir. 

Mis qabların qiyməti isə ölçülərinə, üzərindəki işləmələrə görə dəyişir. Qiymətlər 60 lirədən 180 lirəyədək dəyişir.