Qabil Hüseynlidən Səbuhi Rəhimliyə: "Səhhətim yaxşıdır, mən elə söz deməmişəm"


“Hazırda vəziyyətim yaxşıdır, işimin başındayam”

"Hamı narahat olub, bayaqdan onlarla jurnalist, tanışlar zəng edib necə olduğumu soruşur”

“İnsanları boş yerə təlaşlandırmağa nə ehtiyac var axı!? Bu heç yaxşı olmadı!”

“Keçmiş dövlət müşaviri, tanınmış politoloq, professor Qabil Huseynlinin səhhəti 3-cü vaksindən sonra getdikcə pisləşməkdədir. Hətta 10 günxəstəxanadayatsada, heçbirirəliləyişolmayıb. Deyir həkimlərə sübut edə bilmirəm ki, bu fəsadlar 3-cü vaksindən sonra əmələ gəlib”. 

Bu sözləri astroloq Səbuhi Rəhimli özünün Feysbuk hesabında paylaşıb.  

O, təəssüflə də qeyd edib ki, jurnalistlərimiz Qabil müəllim kimi dəyərdən ancaq informasiya almaq naminə yararlanırlar: “ Gəlin, diqqəti onun normal müalicə almasına yönəldək, məsələni ictimailəşdirək. Qabil Hüseynli məsuliyyətli adamdır, ən ağır durumda olsa belə tele-dəvətləri heç vaxt təxirə salmır. Biz də bu məsuliyyəti onun özünə qarşı göstərməliyik”.

“Şərq” qəzeti olaraq  Qabil müəllimlə əlaqə saxlayıb onun səhhəti ilə yaxından maraqlandıq.  Politoloq hazırda vəziyyətinin yaxşı olduğunu və səhhəti ilə bağlı heç bir problem yaşamadığını deyib: 

“Doğrudur, “Buster” dozasının qəbulundan sonra  ürəyimdə  bir az narahatlıq oldu. Tənginəfəs olurdum. 1 həftəlik müalicə aldım və sağaldım. İndi işimin başındayam. Çox şükür heç bir yerim ağrımır. Nəfəs darlığım da aradan qalxıb. Səbuhi Rəhimli mənim kəndçimdir. Zəng edib səhətimlə maraqlandı. 

Daha doğrusu,  "TV Müsavat"–dakı çıxışımda səsim xoşuna gəlmədiyi üçün xəstə olduğumu düşünüb.  Mən də ona yaxşı olduğumu, sadəcə “Buster” dozasından sonra  yüngül tənginəfəslik yaşadığımı demişdim. Bilmirəm, bu statusu yazmaq, vəziyyətimin ağır olduğunu qeyd etmək haradan ağlına gəlib.

 Mən ona  elə sözlər deməmişdim. Hamı narahat olub, bayaqdan onlarla jurnalist, tanışlar zəng edib necə olduğumu soruşur. İnsanları boş yerə təlaşlandırmağa nə ehtiyac var axı!? Bu heç yaxşı olmadı!”.