2 qutu dərman almağa pulu yoxdur
Yusif Nəzərli
07:57 23.10.2021
Sağlamlıq
623
Onkoloji xəstə ümidini dövlətə bağlayıb
Ağdaş rayonu, Qarağan Şıxlar kəndinin sakini Xəlilov Davud Yaqub oğlu neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkir. Ürək qüsurlu olduğu üçün ona kimya terapiyası təyin edilmir. Yalnız dərmanlarla ağrılarını sakitləşdirə bilir. Lakin bir müddətdir ki, dərmanları almağa maddi imkanı yoxdur. Davud əmi qızı Günel Xəlilova ilə birlikdə paytaxtdakı telekanallara üz tutub, bəlkə yardım edildi, deyə. Amma hələ də onunla maraqlanan yoxdur. Günel Xəlilova da həyat yoldaşından ayrılıb.
Bir müddət ona aliment ödənsə də, keçmiş həyat yoldaşı işdən azad edildiyi üçün aliment də ala bilmir. Ailənin həm maddi vəziyyəti, həm də Davud əminin sağlıq durumu kritik həddədir. Günel Xəlilova da 2 övladı ilə atasının evinə sığınıb. Üstəlik ailənin banka kredit borcu da var. Lakin bu krediti özləri deyil, qohumları ailə üzvünün adından alıb. Müraciət etdikləri məhkəmədə də işə baxılmır. Maddi imkansızlıqdan vəkillə müqavilə bağlaya bilmirlər. Ailə belə bir əlacsız vəziyyətdə qalıb. “Şərq”ə müraciət edən Davud Xəlilov dərman almağa pulu olmadığını dedi: “Milli Onkologiya Mərkəzində bahalı dərmanlar yazıblar. 2 qutu dərman 300 manat eləyir. Mənim bu qədər pulum yoxdur.
Çarəsiz qalmışam, ayaq üstə zorla dayanıram. Ümidim yenə də dövlətimizədi. Xahiş edirəm, dövlətimiz mənə kömək etsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə