"Uşaq iflici" illər sonra ilk dəfə London, Nyu-York və Qüdsdə ortaya çıxdı. "Sherg.az" bildirir ki, 1999-cı ildən bəri rastlanılmayan bu virusun ardında Əfqanıstandakı vəziyyət, Ukrayna müharibəsi və Covid-19 -un dayandığı ehtimal olunur. Bəs "Uşaq İflici"nin qlobal pandemiyaya çevrilmə ehtimalı varmı?
Əvvələr yalnız Əfqanıstan və Pakistanda yayılan bu virus artıq Mozanbik və Malavidə də aşkarlanıb. Ekspertlər "Uşaq İflici" ilə bağlı həyəcan təbili çalıb.
Qeyd edək ki, bu virus 20 yüzilliyin ilk yarısında valideyinlərin qorxulu yuxusuna çevrilmişdi. Xəstəlik 5 yaşdan aşağı minlərcə uşağa təsir edib. Bu virusa yoluxan 200 uşaqdan birində qalıcı xəsarət olur, yüzdə onu isə dünyasını dəyişirdi.