Dünyada ilk dəfə narkotik asılılığına qarşı vaksin hazırlanıb


Psixoloq Nərminə İbrahimova: “Narkotik asılılığına qarşı əvvəlcə psixoloji, sonra tibbi mübarizə aparmaq lazımdır”

“Hansı evdə ailə bağlarında zəiflik varsa, həmin ailələrdə uşaqlar narkotikə yuvarlanmağa meyilli olurlar

  ABŞ-ın Hyuston və Yeni Orlean universitetlərinin elmi-tədqiqat mərkəzlərinin alimləri dünyada ilk dəfə olaraq narkotik aslılığına qarşı vaksin hazırlayıblar.
  Bu barədə “Pharmaceutics” nəşri məlumat yayıb. Alimlər vaksini siçovullar üzərində sınaqdan keçiriblər. Nəticədə aydın olub ki, vaksin fentanil adlı narkotik maddənin siçovulun beyninə daxil olmasını əngəlləyir və asılılığın inkişafına mane olur.
  Söhbət xaşxaşdan ağrıkəsici kimi alınan opioid preparatından gedir. Bu preparatla bağlı doza həddinin aşınması və ölüm halları artıb. Ekspertlərin fikrincə, narkotik maddələrdən asılılıq müalicə olunan olsa da 80 faiz adamlar bunun residiv halından əzab çəkir.

  Tədqiqat zamanı alimlər siçovullara 3 həftə intervalla 3 dozada vaksin vurublar. Gəmiricilərin digər qrupuna isə terapevtiv addım kimi nəzərdə tutulan, heç bir müalicəvi effekti olmayan platsebo həblərini veriblər. Vaksin verilmiş siçovullarda zaman keçdikcə fentanil əleyhinə antielin səviyyəsi yüksəlməyə başlayıb.

  Altı həftədən sonra alimlər təsdiq ediblər ki, vaksin fentanilin ağrıkəsici effektini bloklayıb. Yarılma göstərib ki, vaksin siçovulun baş beynindəki fentanilin səviyyəsini aşağı salıb. Tədqiqatçılar siçovulların immun sistemində hər hansı əlverişsiz yan təsir müşahidə etməyiblər.

“Bizim vaksin narkotik maddə olan fentanilə qarşı antitel yaratmaq imkanına malikdir. Onun beyinə keçməsinin qarşısını alır, böyrəklər vasitəsilə xaric olunmasına imkan verir”- deyə Hyuston Universitetinin dosenti Kolin Heyl bildirib.
  Güclü ağrıkəsiçi sayılan fentanilin sintetik opiodu morfidən 100 dəfə güclü heab olunur. ABŞ-da hər gün fentanilin doza həddinin keçməsi nəticəsində 150 nəfər ölür. Hazırda tədqiqatçılar bu vaksini insanlar üzərində sınamağa hazırlaşırlar. Vaksin yalnız narkotik asılılığını aradan qaldırır, ondan tam qurtulmağa kömək etmir.

  Qeyd edək ki, narkotik aslılığına qarşı hazırlanan vaksinin nə dərəcə effektiv olacağı ilə bağlı fikirlər birmənalı deyil. 
  Psixoloq Nərminə İbrahimovanın  fikrincə, narkotik maddələrin qəbul edilməsi insanlarda sadəcə  fiziki cəhətdən asılılıq yaratmır,  eyni zamanda psixoloji, aludəçilik olur. Narkotik maddə asılılığna qarşı  əvvəlcə psixoloji sonra isə  tibbi mübarizə aparmaq lazımdır. 

Psixoloqun  sözlərinə görə, narkotikə qurşanan insanda artıq narkotik asılılığı olmazdan öncə  asılılıq problem olur. Bu, daha çox onların xarakterindən irəli gəlir: “Hansı evdə ailə bağlarında zəiflik varsa, həmin ailələrdə uşaqlar narkotikə yuvarlanmağa meyilli olurlar. Bu sahədə ətrafda olanların rolu çox böyükdür, çünki bu, zərərli bir zəncir kimidir, onlar bu zərərli vərdişi bir-birinə yaya-yaya gedirlər. Doğrudur, bəzən dərmanlar qəbul etməyi, yaxud qanda narkotiklərin yuyulması prosesini həyata keçirməyi müalicə hesab edirlər, lakin bu, müalicə deyil. Bu, narkotiklə zəhərlənmədən xilasdır, xəstə zəhərlənmədən xilas olur, amma narkotikdən asılılıq qalır. Həmin asılılıqdan xilas olmaq üçün çoxşaxəli müalicə alqoritmi qurumalıdır, çünki bu zaman mütləq depressiya əleyhinə müalicə aparılmalıdır. Asılılıq bütün orqanizmi, xüsusən də sinir sistemini tükədir. Bundan əlavə şəxs maddə qəbul etmədən hissləriylə mübarizə apara bilmir. 

Asılılıqdan əziyyət çəkən şəxs maddə istəyindən qurtulsa belə, psixoloji asılılıq emosional narahatlıq zamanı dərhal özünü xatırladır”.

  N.İbrahimova deyib ki, psixi asılılıq sindromuna narkotik vasitələrə psixi  meylin olması və intoksikasiya zamanı psixi komfortun əldə olunması aiddir. Psixi meyl daimi narkotik haqqda fikirlər, narkotik qəbulu zamanı əhval-ruhiyyənin artması, əks halda isə narazıçılıq, əzginlik hissi ilə müşahidə olunur: 

“Narkotik haqda sayrışan fikirlərin olması psixi meyli obsessiv adlandırmağa imkan verir. Kompulsiv meyl xəstənin hərəkətlərini ifadə etdiyi halda, obsessiv meyl isə əhval-ruhiyyəni, emosional fonu təyin edir. Narkotik beyin funksiyalarına və bütün orqanizmə təsir edir, zaman keçdikcə sağlamlığa ziyan vurur, zehni və davranış problemləri yaradaraq insanın yaxın münasibətlərinə, ictimai və peşə həyatına mənfi təsir göstərir. Narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük dəyişməz qalır və təhlükəsiz narkotik maddə yoxdur. Ona görə də bu zərərli vərdişdən istifadə edilməsi gələcəyini və sağlamlığını təhlükəyə atmaq deməkdir”.